Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə iyun ayının 9-da Yardımlı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. Bu barədə məlumatı Lənkəran regional ədliyyə idarəsindən daxil olub.
Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi Aqil Salmanov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüququ və vəzifələri” mövzusunda məruzə etmişdir
Sonda seminar iştirakçılarının sualları cavablandırılib.
Belediyye.info