"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran regional ədliyyə idarəsi Yardımlıda seminar-müşavirə keçirib

--2017-08-27 / 15:37

Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə avqust ayının 25-də Yardımlı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. Bu barədə məlumat adıçəkilən idarədən daxil olub.

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi Aqil Salmanov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Korrupsiya hüquqpozmalarının qarşısının alınması və bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması”, “Bələdiyyələrdə kargüzarlığın təşkili” mövzusunda məruzə edib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Belediyye.info

 

ŞƏRHLƏR