Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə iyun ayının 8-də Yardımlı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir. Bu barədə məlumatı Lənkəran regional ədliyyə idarəsi yayıb.
Tədbirdə Lənkəran regional ədliyyə idarəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Nağdsız hesablaşmalar və onların məqsədi”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində arxiv işinin təşkili” mövzusunda məruzə etmişdir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Belediyye.info