Lənkəran Regional ədliyyə idarəsinin təşkilatçılığı ilə iyun ayının 12-də Yardımlı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir.
Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran Regional ədliyyə idarəsinin məsləhətçisi Aqil Salmanov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə torpaqlarının mühafizəsi”mövzusunda məruzə etmişdir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Lənkəran Regional ədliyyə idarəsi