"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran Regional ədliyyə idarəsi Yardımlıda seminar-müşavirə keçirmişdir

--2019-10-12 / 05:55

Lənkəran Regional ədliyyə idarəsinin təşkilatçılığı ilə oktyabr ayının 11-də Yardımlı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir.

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran Regional ədliyyə idarəsinin məsləhətçisi Aqil Salmanov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Sahibkarlığın inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin rolu”, “Yerli büdcənin tərtibi, qəbulu və icrası” mövzusunda məruzə etmişdir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Lənkəran Regional ədliyyə idarəsi

ŞƏRHLƏR