Lənkəran Regional ədliyyə idarəsinə yeni rəis təyin olunub.
Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb.
əmrə əsasən, ismayıllı Rayon icra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Taleh Quliyev vəzifəsindən azad edilərək, Lənkəran Regional ədliyyə idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Belediyye.infoya daxil olan məlumata görə, bundan əvvəl isə 2008-ci ildən Taleh Quliyev ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi inzibati Nəzarət idarəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb. Bu barədə məlumatı T.Quliyevin özü də təsdiq edib.
Qeyd edək ki, Taleh Quliyev 1998-ci ilda Baki Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Hamin ildə Sabail Məhkəməsində iclas katibi, 2000-ci ildən Ağır Cinayətlərə dair Məhkəmədə baş məsləhətçi vəzifəsində çalışıb.
Belediyye.info