Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Lənkəranda hesabat-seçki konfransı keçirilib.
Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının (ABIHI) Lənkəran rayon komitəsində hesabat-seçki iclaslarına hazırlıq 01 fevral 2017-ci ildən start götürüb. Tədbirlər planı çərçivəsində ilk təşkilatlarda keçiriləcək hesabat-seçki iclaslarının qrafiki təsdiq edilib. Qrafikə uyğun olaraq keçirilən iclaslar mütəşəkkil formada protokollaşdırılmış və rayon komitəsinin konfransına nümayəndələr seçilib. Bu barədə Belediyye.infoya məlumat Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqından daxil olub.
Məlumatda qeyd edilir ki, ilk təşkilatlar tərəfindən seçilən 43 konfrans nümayəndəsinin iştirakı ilə ABIHI-nin Lənkəran rayon komitəsinin hesabat- seçki konfransı Lənkəran şəhərində baş tutub.
Hesabat-seçki konfransına işində I qrup Böyük vətən müharibəsi əlili Məhərrəmov Səfər əziz oğlu, respublikanın əməkdar mühəndisi Kazımov Kazım Qurban oğlu, Lənkəran şəhər bələdiyyəsinin sədri Hüseynov Eldar Sərdar oğlu, siyasi partiyalarla və içtimai təşkilatlarla iş üzrə şöbə müdiri əkbərov Fazil Mirzəqəni oğlu iştriak ediblər.
2012-2017-ci illər üçün hesabat məruzəsi ilə ABIHI-nin Lənkəran rayon komitəsinin sədri Yəhya Qafarov çıxış edib. O, öz çıxışında hesabat dövrü ərzində görülən işlərdən, həmkarlar ittifaqı təşkilatının mühüm vəzifələrindən, fəaliyyətinin mühüm istiqamətlərindən danışdı. Gənclərin ictimai həyata və həmkarlar ittifaqlarında fəaliyyətə cəlb edilməsi işində müəyyən çatışmamazlıqların olduğunu, həmkarlar ittifaqı üzvlərinin əmək haqqlarından tutulan üzvülük haqqlarının ittifaqın hesablaşma- hesabına köçürülməsində müəyyən problemlərin olduğunu qeyd edib.
Təftiş komissiyasının sədrinin hesabatından sonra hər iki çıxış ətrafında müzakirələr davam etdirilib. Müzakirələrdən sonra həm Lənkəran rayon komitəsinin, həm də təftiş komissiyasının işi qəayətbəxş hesab edilib. Açıq səsvermədən sonra Y. Qafarov rayon komitəsinin yenidən sədri seçilib.
Təftiş komissiyasının üzvləri və təftiş komissiyasının sədri seçildikdən sonra ABiHi-nin IV qurultayına nümayəndənin namizədliyi təsdiq edilib.
Belediyye.info