Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən seminar-müşavirədə “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələr aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi meşə əraziləri ilə həmsərhəd olan kəndlərin ərazi icra nümayəndəliklərinin və bələdiyyə əməkdaşlarının, digər aidiyyəti qurumların Nazirliyin müvafiq qurumları və 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə yaxından əməkdaşlığını təmin etməkdir.
Seminar-müşavirədə 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri Rəfayıl Tahirovun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin direktoru Sarvan Rəsulovun, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarət idarəsinin böyük inspektoru, daxili xidmət mayoru Bəhruz Nəbizadənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf Mühitin Mühafizəsi Departamentinin direktor müavini Ayaz əliyevin mövzu ilə bağlı məruzələri dinlənilib.