"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəranda torpaq üstündə dava olub, ağır xəsarət alan var

--2017-07-12 / 11:19

Lənkəran rayonunda bələdiyyə sədri qardaşı ilə birlikdə həmkəndlisini vəhşicəsinə döyüb.

 APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Separadi kəndində baş verib.

 Bildirilir ki, kənd sakini, 1960-cı il təvəllüdlü imamverdi Məmmədov kənd bələdiyyə sədri Ceyhun Cəfərov və qardaşı Azər Cəfərov tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan i. Məmmədov yaxınları tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb.

 i. Məmmədovun oğlu Amid Məmmədov bildirib ki, hadisəyə səbəb torpaq sahəsi üstündə mübahisə olub. Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

 i. Məmmədovun bir müddət öncə cərahiyyə əməliyyatı olunduğu deyilir.

http://www.apa.az/xeber-az/hadise/lenkeranda-torpaq-ustunde-dava-olub-agir-xesaret-alan-var-5178.html

ŞƏRHLƏR