Lerik bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın müzakirəsi barədə.
2021-ci il ərzində Lerik bələdiyyəsinin 30 iclası keçirilmişdir. Keçirilən bələdiyyə iclasında bələdiyyənin icra aparatının, daimi komissiyaların iş planları təsdiqlənmişdir. Bu dövr ərzində Lerik bələdiyyəsinə 37 məktub və 33 ərizə daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı bələdiyyə rəhbərliyi tərəfindən il ərzində 11 vətəndaş qəbul edilmiş, əsasən “Asan xidmət”ə təqdim etmək məqsədilə elektrik, qaz təchizatı üçün və digər təşkilatlara təqdim etmək üçün vətəndaşlara 60 arayış verilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxilmiş, nəticəsi barədə onlara məlumat verilmişdir.
il ərzində bələdiyyənin keçirdiyi 30 iclasda 90 məsələ müzakirə edilmişdir. Gündəliyə çıxarılan məsələlərin əksəriyyəti əhalinin zəbtində olan torpaq sahələrinin sənədləşdirilməsi olmuşdur. Bununla yanaşı iclasda Regional ədliyyə idarəsinin 3 tövsiyyə məktubu müzakirə edilmişdir. Günümüzün ən aktual bəlası olan “Covid-19” pandemiyası ilə əlaqədar da 2 dəfə məsələ gündəliyə çıxarılmış, əhalinin peyvən olunması üçün maarifləndirilməsindən ötrü tədbirlər həyata keçirilmiş və hal-hazıradək də bu proses davam etdirilir. 2 nəfər şəhər sakininə bilavasitə, yaşayış yeri Lerik bələdiyyəsinin ərazisi olmayan 12 nəfər şəxsə isə müsabiqə yolu ilə torpaq sahəsi satılmışdır. Digər bir sıra məsələlər də bələdiyyənin iclasılarında müzakirə edilmiş, o cümlədən 2 aztəminatlı ailəyə maddi yardım göstərilmişdir.
2020-ci ildə ilkin sənəsləşmə işləri başlanılmış 1-i sahibkarlıq məqsədilə torpaq sahəsinin müsabiqə yolu ilə satılması işi də 2021-ci ildə başa çatdırılmışdır.
Hesabat dövründə bələdiyyəyə daxil olmuş ərizə və müraciətlərin əksərriyyəti torpaq sahəsinin ayrılması barədə olmuşdur. Bu müraciətlərin bir qismi zəbtdə olan torpaq sahələrinin hesabına həll edilmişdir. il ərzində bələdiyyəyə müxtəlif dövlət orqanlarından və digər idarə-təşkilatlardan gələn məktublar cavablandırılmış və ya icra edilmişdir.
Vətəndaşların qəbulu bələdiyyənin diqqət mərkəzində olan məsələrdən olsa da, “Covid-19” pandemiyası ilə əlaqədar qaydalara riayət etməklə az sayda, yəni il ərzində 11 vətəndaş qəbul edilərək müraciətləri üzrə müvafiq izahatlar verilmişdir.
2021-ci ilin əvvəlinə büdcədə 833.35 manat vəsait olmuş, il ərzində isə bələdiyyənin büdcəsinə ümumilikdə 12630.65 manat vəsait daxil olmuşdur. Büdcə aşağıdakı mənbələrdən formalaşmışdır: Bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin satışından 6902.00 manat, fiziki şəxslərdən əmlak vergisindən 2046.64 manat, fiziki şəxslərdən torpaq vergisindən 912.01 manat, stasionar və səyyar ticarətə görə 150.00 manat və Dövlət tərəfindən bələdiyyəyə 2620.00 manat.
Hesabat dövründə bələdiyyə büdcəsindən 13116.00 manat vəsait xərclənmişdir. 2019–2020-ci illərdən qalmış əmək haqqları və əmək haqqı üstəliyinə 6391.84 manat xərclənmişdir. şəhərdə tikintisinə 2020-ci ildən başlanmış ictimai sanitar qovşağın dam örtüyünün, plastik qapı və fortuçkalarların hazırlanmasına smetaya uyğun olaraq 4220.85 manat, “Bələdiyyə həyatı”, “Lerik” və mətbuat yayıma 200.00 manat, aztəminatlı 2 ailəyə maddi yardım məqsədilə 200.00 manat, Auditor yoxlamasına 400.00 manat, Ezamiyyə xərcinə 304.00 manat, Dəftərxana xərcinə 400.00 manat, mal-materialın alınmasına 300.00 manat və telefon abunəsi, internet, poçt və bank xidmətlərinə ümumilikdə 398.99 manat ödənilmişdir, torpaq satışından və vergilərdən daxil olmuş vəsaitin 3%-i, yəni 300.32 manat AşBMA tərəfindən xidmət haqqı tutlmuşdur. 2022-ci il əvvəlinə isə bələdiyyənin hesabında 348.00 manat vəsait ötən ildən qalıq qalmışdır.
Qeyd etməlik ki, fiziki şəxslərdən əmlak və torpaq vergilərinin toplanması üçün təbliğat işlərini gücləndirir, ötən illərə nisbətən vergilərin ödənilməsində vətəndaşların fəallığı müşahidə olunur. illərlə əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq şəhərin mərkəzi yerində ictimai sanitar qovşağın tikintisi başa çatdırılmış, hal-hazırda təmir işləri aparılır, bu il istismara verilməsi nəzərdə tutlmuşdur.
Bələdiyyənin ictimayətlə əlaqələri gündən–günə möhkəmlənir, hakimiyyət orqanları ilə, kütləvi informasiya vasitələri ilə, qeyri hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı əlaqalər qurulur, bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlıq vardır.
Bələdiyyə iş planında nəzərdə tutduğu işlərinin hamısını həyata keçirə bilməyib, şəhərin quruculuq və abadlıq işlərində bələdiyyə fəal iştirak edə bilməyib, buna əsas səbəb bələdiyyə büdcəsinin formalaşdırılmasında ən iri mənbələr olan torpaq və əmlak vergilərinin istənilən səviyyədə toplanılmamasıdır. Bunun nəticəsidir ki, bələdiyyənin sədri öz əmək haqqını vaxtında ala bilmir.
Gələcəkdə vergi və ödənişlərinin toplanması sahəsindəki problemləri həll etməklə yanaşı bələdiyyə nəzdində müxtəlif təyinatlı istehsal və xidmət sahələrinin yaradılmasını planlaşdırırıq. Bir sıra yerli və məhəlli problemlərin həllinə köməklik məqsədilə yerli və beynəlxalq təşkilatlarda qrant almaq üçün layihələr hazırlamaq fikrindəyik.
Lerik bələdiyyəsi