"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lider dövlətin imicinə zərbə vuran qərəzli addım

--2021-04-29 / 05:53

Lider dövlətin imicinə zərbə vuran qərəzli addımindiki dövrdə Amerika Birləşmiş ştatları dünyanın ən qüdrətli, lider dövlətlərindən biri, birincisi sayılır. ən azından ABş rəhbərləri bu iddiadadırlar. Dünya isə olduqca ağır bir vəziyyətdədir. Bir tərəfdən qlobal iqlim dəyişiklikləri, bir tərəfdən iqtisadi böhranlar, siyasi qarşıdurmalar, müxtəlif ölkələrdə gedən müharibələr, pandemiya, aclıq, işsizlik və bu kimi xeyli problemlər bütün yer üzündə olduqca gərgin, acınacaqlı bir vəziyyət yaradıb. insanlarda biri-birlərinə olan etimad, etibar, sevgi, sabaha inam azalıb. Belə bir vəziyyətdə həqiqətən də lider olan dövlətlərin əsas borcu yer üzünü bu bəlalardan qurtarmaq, qan burulğanlarını dayandırmaq, hüquqi, mənəvi azadlıqları təmin etmək, insanların güzəranını, əhval-ruhiyyələrini yaxşılaşdırmaq üçün yollar axtarmaqdır. Bəli, həqiqi mənada lider olan dövlətlər yer üzünə əmin-amanlıq, sülh gətirmək üçün əllərindən gələnləri etməlidirlər. indi yer üzünün belə həqiqi lider dövlətlərə çox böyük ehtiyacı vardır.

Çox təəsüf ki, indiki zamanda özlərinə liderəm deyən dövlətlərin heç biri tarixin onların boyunlarına bir borc kimi qoyduğu bu vəzifələri yerinə yetirmir. əksinə, onların fəaliyyəti yer üzündə gərginliyi, problemləri günü-gündən artırmaqda davam edir. Müdrik insanların, dini sistemlərin, nəzəriyyələrin insanlığın mahiyyəti, borcu barədə çağrışları qulaq ardına vurulur. Təəcüblü odur ki, sanki bu lider adlanan dövlətlərin başçıları qlobollaşmanın mahiyyətini, tələblərini lazımınca dərk edə bilmirlər. Başa düşmək istəmirlər ki, müdrik insanların dediyi kimi, hamımız – bütün insanlar bir gəminin içərisindəyik. O gəmi batanda hamı batacaq. O gəmidə gərginliyin artması yeni-yeni fəsadlar yaradır, gəminin dibinin deşilməsinə aparır. O gəminin xilası, insanlar arasında sevgi, məhəbbət, əmin-amanlıq, sülhdür.

Artıq yüz ilə yaxındır ki, Amerika özünü hər zaman yer üzünün xilaskarı rolunda təqdim etməkdədir. Haqdan, ədalətdən, demokratiyadan danışır. Özünü bu sahədə nümunəvi bir ölkə kimi göstərməyə çalışır. ilk baxışdan, uzaqdan bu belə də görünür. Amma təəsüf ki, əməldə bu belə deyildir. SSRi dağılandan sonar biz Amerikanı daha yaxından tanıdıq. Biz bu yaxınlığa çox böyük ümidlə baxırdıq. Bu yaxınlıqdan çox şey gözləyirdik. ilk növbədə özlərinin elan etdikləri haqq, ədalət, demokratiya gözləyirdik. Amma, çox təssüf ki, bunun əksini gördük. Sonrakı məlumatlardan aydın oldu ki, ABş 1990 – cı ildə 20 yanvar qırğınlarının törədilməsində də maraqlı olub. Bu məsələ ilə bağlı başqa dövlətlə altdan-altdan danışıqlar aparıb. Torpaqlarımızı mənfur düşmənlər işğal edəndə də insanların böyük bir qismi ümidini Amerikaya bağlamışdı. Amma Amerika təəcüblü şəkildə susurdu. Haqqı-ədaləti müdafiə etmək əvəzinə işğalçını müdafiə edirdi. Üzdə üzümüzə gülümsəyib yenə də demokratiyadan, insan haqlarından danışa-danışa xalqın hüquqlarını qulaq ardına vururdu. Biz böyük arzularla demokratik dəyərlərdən bəhrələnmək istədiyimiz vaxtda, Amerikanın məyusedici addımlarının şahidi olurduq. 1992-ci ilin fevral ayının 26 - da mənfur düşmən Xocalıda tarixin ən qanlı, ən qəddar soyqırımını həyata keçirdi. Yenə də gözlərimiz Amerikaya dikildi. Özünü demokratiyanın, insan haqlarının carçısı elan edən bu qüdrətli dövlətin bizi ciddi şəkildə dəstəkləyəcəyini düşündük. əvəzində həmin ilin 24 oktyabrında ABş Konqresi postsovet ölkələrinin inkişafına yardım etmək üçün qəbul etdilmiş “Azadlığa dəstək aktı” nın 907 – ci maddəsinə etdiyi əlavə bizə ciddi mənəvi və maddi zərbə vurdu. Bu düzəlişlə, torpaqlarımız işğal olunduğu halda tələb olunurdu ki, işğalçıya heç bir müqavimət göstərməyək. əks halda Azərbaycana dövlət səviyyəsində hər bir kömək qadağan edilirdi. Bu qadağa hesabına biz ölkənin inkişafına Amerikadan dövlət səviyyəsində kömək almayan yeganə postsovet dövləti olduq.

Kimsə belə düşünməsin ki, bunları yazmaqla mən Amerika əleyihə təbliğat aparmaq istəyirəm. əksinə, mənim hamı üçün məlum olan bu fikirlərim Amerikaya xoş münasibətdən, “uman yerdən küsərlər” deyimindən irəli gəlir. Mən yenə də Amerikaya böyük ümidlə baxır, onun nəhayət ki, öz adına layiq fəaliyyət göstərməsini arzu edirəm.

ABş dövləti Rusiya və Fransa dövləti ilə birlikdə ATəT-in Minsk qrupunun həmsədridir. Bu qrup Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaradılıbdır. Həmin qrupun 30 ilə yaxın fəaliyyəti onu göstərdi ki, onlar ədalətli qərarlar qəbul etmək əvəzinə Azərbaycanın başını qatmaqla məşğuldular. Nəticədə Azərbaycanın tarixi torpaqları - bütün yaşayış məntəqələri yerlə yeksan oldu, müqəddəs yerləri təhqir olundu. Həmsədrlər isə bu vəhşiliyi görə-görə hələ də susurlar. 44 günlük ikinci Qarabağ müharibəsində beynəlxalq hüquqlar əsasında öz işğal olunmuş torpaqlarımızı düşməndən azad etdiyimiz zaman biz yenə Amerikadan dəstək gözlədik. Yenə də ögey münasibət gördük. Düşmənin qadağan olunmuş silahlarla dinc əhalimizi qırmalarını da sakitliklə izlədilər.

Nəhayət bu ilin 24 aprelindəki bu çılız addım. Hörmətli prezidentimiz ilham əliyevin dediyi kimi yanlış və tarixi xəta olan bu “soyqırımın təsdiqi” dərin, acı təəsüf doğurur. Tək ona görə yox ki, bu bizim, bütün türk dünyasının əleyhinədir. Bu addım ona görə belə acınacaqlıdır ki, bu fikri dünyanın ən nəhəng dövlətinin başçısı yalan danışdığını bilə-bilə səsləndirdi. Axı bütün tarixi mənbələr təsdiq edir ki, bu “genasid məsələsi” siyasi bir oyundur. Qısa bir zamanda o vaxtın silahları, nəqliyyatı ilə 1,5 milyon adamı qırmaq, 3,5 milyon adamı ölkədən çıxarmaq qeyri mümkündür. Buna aid heç bir tarixi sənəd yoxdur. Türkiyə öz arxivlərini hər kəsin üzünə açdığı halda, ermənilər öz arxivlərinə heç kimi yaxın buraxmaq istəmir. Hamı bilir ki, bir vaxtlar Türkiyədə hər sahədə, orduda da yüksək statuslara malik olan ermənilər XIX əsrin sonu, XX əsrin əvvəllərində öz yaşadıqları ölkəyə arxadan zərbə vurmağa, düşmənlərin maraqlarına uyğun fəaliyyət göstərməyə başladılar. Dövlət də bunun qarşısını almaq üçün hər bir dövlətdə olduğu kimi müəyyən tədbirlərə əl atdı. Amma, gözləri qızmış ermənilər həm Türkiyədə, həm də Azərbaycanda çox sayda insan təlafatına səbəb olan qırğınlar törətdilər. Öz törətdikləri qırğınların adını çəkməyən ermənilər, illər keçdikdən sonra öz havadarlarının, qulluq göstərdiklərinin köməyi ilə bir saxta soyqırım əfsanəsi düzəltdilər. Bu əfsanənin zəhərini uda-uda son yüz ildə faşistlərdən daha çox faşist oldular. Bu isə müəyyən güc mərkəzlərinə onlardan alət kimi istifadə etmək imkanlarını xeyli artırdı.

“Erməni soyqırımı” məsələsinin nə qədər yalan, qondarma olduğunu Amerikanın tarixçiləri də çox gözəl bilirlər və bu haqda dövlətə dəfələrlə məlumat da vermişlər. Bunu C. Baydenin sələfləri də yaxşı blirdilər. Ona görə “soyqırım” ifadəsini dilə gətirmirdilər. Təbii ki, Bayden özü də bu barədə müfəssəl məlumata malikdir. Amma o belə bir addımı atdı. Açığını deyək ki, o bu hərəkəti ilə bütün türk dünyasında, eləcə də dünyanın hər tərəfində, Amerikada da məlumatlı, vicdanlı adamların hamısının yanında biabır oldu. Çünki, o öz məsuliyyətini anlamalı idi. Belə bir addımla ilk növbədə Türkiyə və Azərbaycan kimi Amerika üçün strateji əhəmiyyətli ölkələrə münasibətlərə ciddi zərbə vurdu. Eyni zamanda bütün türk dünyası, islam dünyası ilə münasibətlərdə soyuqluq yaratdı. Ciddi siyasətçilərin, tarixçilərin yanında gözdən düşdü.

Aydındır ki, Bayden belə düşünür ki, o bunu siyasət xatirinə edib. Amma, deyəsən onun başında 30 il bundan qabaqkı siyasətin havası qalıbdır. indi o ermənilərdən bir hər zamankı kimi bir alət olaraq istifadə etmək sevdasına düşüb. Ermənilərin özlərinin də ayıq adamlarının da etiraf etdiyi kimi ermənilərdən “anbarda qalmış bir sialh kimi” yararlanmaq istəyir. Amma, nəzərə ala bilmir ki, dünya artıq 30 il bundan qabaqkı dünya deyil. Türkiyə və Azərbaycanla münasibətləri soyuqlaşdırmaqla, bir çox başqa ölkələrdə etibarı itirməklə öz ölkəsinin siyasətinə ağır zərbə vurur. Artıq ermənidən ov tulası kimi istifadə etməklə də 30 il bundan qabaqkı nəticələri əldə etmək mümkün deyil. əslində mənim bu dediklərimi hər bir siyasətçi, hər bir ağıllı insan bilir. Baydendən başqa.

Baydenin bu siyasəti ermənilərin özləri üçün də xeyli zərərlidir. Çünki, bununla o zəhərli ideologiyanın eyforiyasına qapılmış erməni millətçilərini daha da qızışdıracaq. Onlarda ümid yaranacaq. Öz revanşist fəaliyyətlərini davam etməyə həvəsləndirəcək. Bununla da ermənilərin daha ağır vəziyyətə düşmələrinə səbəb olacaq. indiki vaxta, ikinci Qarabağ müharibəsindən sonra ermənilərin öz mənfur, faşizmdən daha betər ideologiyalarından əl çəkərək müstəqil bir dövlət qurmaları üçün tarixi imkan yaranmışdı. Baydenin “soyqırımı təsdiq” psevdoqəhrəmanlığı erməni revanşistlərini qızışdırmaqla bu tarixi imkanı yoxa çıxara bilər. Bu isə ermənilərin daha dərin fəlakətlərə düşməsinə səbəb ola bilər. Ona görə də onun bu “siyasəti” məharətdən yox, məhdudiyyətdən xəbər verir. Deyəsən yaş öz işini görüb.

C. Baydenin bu “soyqırım təsdiqləməsi” bizim ölkəmiz, Türkiyə üçün təhlükəli deyil. əksinə, başa düşməyənləri də başa salır ki, bizim Türkiyə ilə hər sahədə birlikdə olmağımız tarixi bir zərurətdir. Bu təsdiqləmə bütün türk dünyasının əlaqələrinin güclənməsini daha da sürətləndirəcəkdir.

Habil Qurbanov
AMEA Azad Həmkarlar ittifaqının
sədri, h.ü.e.d. professor
aia.az

ŞƏRHLƏR