Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin təşkilati dəstəyi və GiZ Almaniya Beynəlxalq əməkdaşlıq cəmiyyətinin Yerli Özünüidarəetmə Proqramının maliyyə dəstəyi ilə M.ə.Rəsulzadə bələdiyyəsinin üzvü Ayla ibrahimovanın "Lider qızların idarəçilik məktəbi" adlı layihəsinin açılış tədbiri keçirilmişdir.
Belediyye.infoya daxil olan məlumata görə, tədbirdə M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Qadınlar Bələdiyyələrin inkişafı Uğrunda ictimai Birliyinin sədri Lyudmila Xəlilova, bələdiyyə üzvləri və qəsəbə ərazisində təhsil alan məktəbli qızlar iştirak etmişdir.
Layihənin növbəti mərhələsi olaraq qəsəbə ərazisində təhsil alan məktəbli qızların Bakı Tekstil Fabrikinə ekskursiyası təşkil olunmuşdur.
Ekskursiya zamanı məktəbli qızlar istehsalat prosesi ilə tanış olmuş, onlara liderlik bacarıqları ilə bağlı təlim keçirilmişdir.
Belediyye.info