Sabunçu rayon Bakıxanov bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin təsis etdiyi "Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi. Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət" MMC fiziki və hüquqi şəxslərdən qəbul etdiyi sifarişləri sürət və keyfiyyətlə həyata keçirir.
Bu barədə daxil olan məlumata görə, bələdiyyə müəssisəsi tərəfindən Pirşağı bələdiyyəsinin sifarişi ilə bələdiyyə ərazisində olan Hüseynbala əliyev və Saleh Hüseynzadə küçəsinin kəsişməsində asfaltsız və çox yararsız vəziyyətdə olan qəsəbədaxili yola 1700 kv.metr asfalt örtüyü vurulub. Habelə H.əliyev küçəsində yerləşən 10 saylı internat və poliklinikadan keçən hissəsində abadlaşma işləri aparılıb.
Bu yaxınlarda isə bələdiyyə müəssisəsi Maştağa bələdiyyəsinin sifarişi ilə beş min kv.m-lik ərazidə asfalt vurulmasını həyata keçirəcəkdir.
Bələdiyyədən daxil olan məlumata görə, "Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi. Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət" MMC iqtisadiyyat Nazirlyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi üzrə lisenziya verilib.
Lisenziya görə, müəssisə tikinti obyektlətinin memarlıq layihələndirlməsini və bina və qurğuların memarlaq layihələndirilməsini həyata keçirəcəkdir.
Müəssisədən Belediyye.infoya bildiriblər ki, bələdiyyə müəssisənin yaradılmasında əsas məqsəd bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin cəlb edilməsidir.
Qeyd edək ki, bələdiyyə müsəsisəsi hüquqi və fiziki şəxslərə bir daha müraciət edərək bildirir ki, müxtəlif həcmdə istənilən ərazidə bələdiyyə müəssisəsi yüksək keyfiyyət və münasib qiymətlə asfalt-beton işlərini, habelə dizayn, layihə, təmir-tikinti və digər xidmətləri həyata keçirir.
Belediyye.info