"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Litva Bələdiyyələr ittifaqının nümayəndə heyətinın ölkəmizə səfəri başlayır

--2016-11-19 / 16:42

Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının əlaqələndiricisi Tofiq Həsənovun Belediyye.infoya verdiyi məlumata görə, 21-25 noyabr 2016-cı il tarixlərində Litva Bələdiyyələr Ittifaqının nümayəndə heyətinin Azərbaycana səfəri baş tutacaq.

Nümayəndə heyətinə Litva Bələdiyyələr ittifaqının prezidenti, Druskininkay şəhərinin meri  - Ricardas Malinauskas,  Litva Bələdiyyələr ittifaqının vitse prezidenti, Paqeqai əyalətinin meri  - Virginijus Komskis,. Litva Bələdiyyələr ittifaqının müşaviri, Avropa ittifaqındakı təmsilçisi - Lina Sabaitiene,  Akmyane əyalətinin icraçı direktoru  - Aromeda Lauciene,. Trakay şəhər bələdiyyəsinin deputatı  - Jelena Jocioniene daxildir.

Nümayəndə heyətinin Milli Məclisin Regional Məsələlər Komitəsində, habelə Sumqayıt, Gəncə, Qazax, həmçinin Bakının Səbail və Binəqədi bələdiyyələrində görüşləri nəzərdə tutulub.

Səfər çərivəsində iki ölkə bələdiyyələri arasında qardaşlaşma münasibətlərinin qurulması müzakirə ediləcəkdir.

Xatırladaq ki,  Litva Bələdiyyələr ittifaqıyla Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyası arasında sıx əlaqələr qurulub.

Bundan əvvəl Azərbaycan bələdiyyələri sentyabr ayında Litvada səfərdə olmuşdular. 

Belediyye.info

 

ŞƏRHLƏR