"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Litvalı bələdiyyə üzvləri Mingəçevirdə olublar

--2015-11-19 / 20:53

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının dəvəti ilə Litva Respublikasından bir qrup yerli hakmiyyət orqanlarının rəhbərləri Azərbaycanda səfərdə olublar. Qonaqlar Bakının Binəqədi, Nizami, şirvan rayonlarında, Mingəçevir və Naftalan şəhərlərində olaraq, görməli yerləri gəzmiş, muzey və tarixi abidələri, şəhidlər xiyabanlarını ziyarət etmiş, yerli özünüidarəetmə və yerli icra Hakimiyyətlərinin nümayəndələri ilə görüşlər keçiriblər. Bu barədə məlumat Belediyye.infoya  Mingəçevir bələdiyyəsindən daxil olub.

Görüşlərdə məqsəd Litvanın müxtəlif şəhərlərinin yerli özünüidarəetmə orqanları ilə gələcəkdə qardaşlaşacaq Azərbaycan bələdiyyələri arasında fikir mübadiləsi aparmaq, bir-birilərini tanımaq, ümumi və fərqli cəhətləri müəyyənləşdirmək və dostluq körpüsünün təməlini qoymaq idi.

iki gün Mingəçevirdə səfərdə olan nümayəndə heyəti – Litva Yerli Hakimiyyətlər Assosiasiyasının prezidenti, Druskininkay bələdiyyəsinin sədri Riçard Malinauskas, Trakay bələdiyyəsinin sədri Edita Rudeline, Briştonas bələdiyyəsinin sədri Niyole Dirginçene, Akmyane diyar bələdiyyəsinin sədri Vitaliyus Mitrofanovas, Pasvalys diyar bələdiyyəsinin sədri Gintantas Geguzinkas, Litva Yerli Hakimiyyətlər Assosisiyasının direktru Roma Jakaytene, Litva Yerli Hakimiyyətlər Assosiasiyasının məsləhətçisi ieva Andrevayte Mingəçevir Bələdiyyəsində, şəhər icra Hakimiyyətində qəbul olunmuş, bələdiyyə üzvləri ilə, icra Hakimiyyətinin rəhbərləri ilə şəhər və ölkələri barədə səmimi söhbətlər etmişlər. Qonaqlara icra Hakimiyyəti və bələdiyyə adından hədiyyələr verilmşidir. Onlar şəhərmizin görkəmli, mənzərəli yerləri ilə tanış olmuş və məmnun qalmışlar.

Sonda Litvaya qarşılıqlı səfər barədə razılağa gəlinmişdir.

Belediyye.info

ŞƏRHLƏR