Litva Bələdiyyələr ittifaqının prezidenti, Druskininkay şəhərinin meri - Ricardas Malinauskas, Litva Bələdiyyələr ittifaqının vitse prezidenti, Paqeqai əyalətinin meri - Virginijus Komskis,. Litva Bələdiyyələr ittifaqının müşaviri, Avropa ittifaqındakı təmsilçisi - Lina Sabaitiene, Akmyane əyalətinin icraçı direktoru - Aromeda Lauciene, Trakay şəhər bələdiyyəsinin deputatı - Jelena Jocioniene daxil olduğu nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başa çatıb.
Bu barədə məlumatı Azərbaycan Milli şəhər, Qəsəbə və Kənd Bələdiyyə Assosiasiyasının əlaqələndiricisi Tofiq Həsənov verib.
Belediyye.infoya açıqlamasında T.Həsənov bildirib ki, ötən həftə ölkəmizə baş tutan səfər çərçivəsində nümayəndə heyətinin Milli Məclisin Regional Məsələlər Komitəsində, Bakıda Binəqədi və Səbail bələdiyyələrində, o cümlədən Sumqayıt, Gəncə və Qazax icra Hakimiyyəti və bələdiyyələrində səmərəli görüşləri keçirilib.
Bələdiyyələrdə keçirilən görüşlərdə son bir il ərzində şəhər və rayonlarımızda həyata keçirilmiş layihələr, görülmüş yenidənqurma və abadlıq işləri barədə qonaqlara məlumat verilmişdir.
Görüşlərdə hər iki ölkənin şəhərləri və bələdiyyələri arasında səmərəli əməkdaşlıq əlaqələrinin hazırkı durumu və perspektiv inkişaf istiqamətləri müzakirə edilmişdir.
“Azərikimya” istehsalat Birliyində keçirilən görüşdə “Azərkimya” istehsalat Birliyi Müşahidə şurasının sədri, Milli Məclisin Azərbaycan Litva Parlamentlərarası işçi qrupun üzvü Muxtar Babayev bildirib ki, Sumqayıt müasir sənaye şəhəri kimi yenidən qurulur, burada müasir standartlara cavab verən sənaye klastrı – kimya parkı, yeni sənaye istehsalı müəssisələri yaradılır.
Gəncə şəhərində litvalı qonaqlara 2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Gəncənin çoxəsrlik tarixi, zəngin mədəniyyəti və müasir sənaye potensialı barədə ətraflı məlumat verilmişdir.
Görüşlərdə Litva Bələdiyyələr ittifaqının prezidenti Rikardas Malinauskas Azərbaycanlı həmkarlarına ölkəsindəki sənaye, istehsal və xidmət sahələri, eləcə də iqtisadiyyatın digər sektorlarında görülən işlər haqqında danışmışdır.
ittifaq prezidenti Azərbaycan dövlətinin vətəndaşları üçün yaratdığı şəraiti yüksək qiymətləndirmişdir.
Sumaqıyt və Qazax şəhərlərində keçirilən görüşlərdə Milli Məclisin Azərbaycan Litva Parlamentlərarası işçi qrupunun sədri Kamran Nəbizadə iştirak etmişdir.
T.Həsənovun sözlərinə görə, hazırda Azərbaycan bələdiyyələriylə Baltikyanı dövlətlərdə formalaşdırılan bələdiyyələr arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur.
Qeyd edək ki, sentyabr ayında Azərbaycan nümayəndə heyətinin Litva respublikasında səfərdə olub.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|