"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Litvalı qonaq Səməd Vurgunun ev muzeyində olub

--2017-06-22 / 20:05

Qazax rayonunda səfərdə olan Litvanın Trakay şəhər meri Edita Rudeliene  Qazax icra Hakmiyyətinin başçısı Rəcəb Bbaşovla görüçşdən sonra Heydər əliyev Mərkəzində olub.

Mərkəz lə tanı olan qonaqlara ümummilli liderin həyat və fəaliyyəti barədə qısa məlumat verilib.

Daha sonra qonaqlar rayondakı şəhidlər Xiyabanı, ədəbiyyat Muzeyi, Dədə Qorqud parkı, Fəxri qazaxlılar parkı, Tarix-Diyarşünaslıq Muzeyi, şahmat Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyası ilə tanış olublar.

Daha sonra qonaqlar Yuxarı Salahlı kəndində Səməd Vurğun Poeziya evinə, Daş Salahlı kəndində Damcılı mağarasına, Alpout kəndində Göyəzən dağı və ətrafında olan mövcud abidələrə baxıblar.

Səfər zamanı qonaqlara Qazaxın tarixi, mədəniyyəti, tarixi abidələri, görməli yerləri barədə ətraflı şəkildə məlumat verilib. Qonaqlar Səməd Vurğun Poeziya evində xatirə kitabına öz ürək sözlərini yazıblar. Eyni zamanda Edita Rudelieneyə müxtəlif xatirə hədiyyələri təqdim olunub.

 Litvalı qonaqların Qazax şəhərinə səfəri 24 iyun tarixində başa çatır.

Xatırladaq ki, Qazax  və Litvanın Trakay rayonları arasında əməkdaşlıq sazişi imzlanıb. Qazax rayon icra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Trakay meri Edita Rudeliene tərəfindən imzalanan sazişdə mədəniyyət, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR