Xəbər verdiyimiz kimi Litva respublikasının Briştonas şəhərinin nümayəndə heyəti ölkəmizdə səfərdədir. Nümayəndə heyəti tanışlıq proqramı çərçivəsində Ağstafaya səfər ediblər.
Nümayəndə heyətinin rəhbəri Birştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçenieni, Dovole Adamonite- Birştonas şurasının katibi, Roma Jentyavlen-Birştonas Bələdiyyə şurasının üzvü, Daryus şyaşkviçyus- Birştonas Bələdiyyə şurasının üzvü, Uovita Tirvene-Strateji planlaşdırma və investisiya şöbəsinin rəisi və Alvidas Urbanoviçyus- Birştonas Gimnaziyasının direktoru müşayiət ediblər.
Qonaqları Ağstafa rayon icra hakimiyyətində rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərlik etdiyi yerli nümayəndə heyəti qarşılayıb.
Bu barədə məlumatı Ağstafa RiH yayıb.
Söhbət əsnasında icra başçısı qonaqlara Ağstafanın tarixi, coğrafiyası, sosial-iqtisadi, ictimai-mədəni həyatı barədə ətraflı məlumat veriB. Qeyd olunub ki, Ağstafa rayonu xalqımızın ümummilli lideri Heydər əliyevin qurub-yaratdığı bu gün də möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi altında günü-gündən çiçəklənən, dünyada mövqeyini möhkəmləndirən müasir Azərbaycanın ən gözəl və inkişaf etmiş rayonlarından birinə çevrilməkdədir.
Ağstafa rayonu artıq bir sənaye zonası hesab edilir. Belə ki, dövlət başçısının müvafiq tapşırıqları ilə burada yeni-yeni istehsal, sənaye və emal müəssisələri yaradılmış, eyni zamanda rayonun yol nəqliyyat infrastrukturu kompleks şəkildə tamamilə yenidən qurulmuş, yeni-yeni təhsil, səhiyyə, mədəniyyət ocaqları inşa olunmuşdur.
Öz növbəsində Briştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçeneni ilk növbədə onları isti və yüksək səviyyədə qarşılanmalarına görə minnətdarlığını ifadə etdi. Briştonas şəhəri haqqında geniş məlumat verib.
Rəsmi qonaq qeyd edib ki, turizm şəhəri olan Briştonas özünün müalicəvi mineral suları, sağlamlıq mərkəzləri, sanatoriyaları, təbiəti və meşə sahələri ilə məşhurdur. Orada həmçinin beynəlxalq musiqi festivalları və incəsənət sərgiləri də təşkil olunur. əminəm ki, səfərlərimiz həm sizin rayonunuza və həm də bizim şəhərimiz üçün uğurlu olacaqdır. Sonra icra başçısı bələdiyyə merinə və milli xalçamızı, qədim musiqi alətimiz olan sazımızı və nümayəndə heyətinin hər bir üzvünə milli-mənəvi dəyərlərimizi xarakterizə edən müxtəlif hədiyyələri təqdim edib.
Sonra səfərin proqramına uyğun olaraq açıq səma altında inşa olunmuş “Azərbaycan” parkına gəzinti təşkil olundu.
Sonra tədbir iştirakçıları Heydər əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib önünə gül dəstələri düzdülər.
Daha sonra Heydər əliyev Mərkəzində, “Saloğlu” mebel fabrikində, Ağstafa şəhər Musiqi Mərkəzində, “Azərxalça” ASC-nin Ağstafa rayon filialında, rayon Mədəniyyət Mərkəzində, Səməd Vurğun parkında, “Yazıçılar Evi”ndə, Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının inzibati binasında, “Akkord” tekstil fabrikində, “Ağstafa Aqroservis” MMC-də və “Karvan-L” EKO sənaye parkında olaraq həmin obyektlərlə yaxından tanış oldular. Musiqi Mərkəzində təqdim olunan milli musiqilərimizdən ibarət konsert proqramı, Heydər əliyev Mərkəzinin rəqs zalında milli rəqslərimiz, “Yazıçılar” evində yerli aşıqların saz musiqiləri də qonaqlara xoş əhval-ruhiyyə bəxş etdi.
icra başçısı M.Quliyev bir daha Litvalı qonaqların Ağstafaya səfər etmələrindən məmnunluğunu ifadə edərək, iki tərəfli əməkdaşlıq Ağstafa və Briştonasın sosial-iqtisadi, mədəni həyatında mühüm rol oynayacağını bildirdi.
Briştonasın meri Niyole Dirqinçiene Ağstafaya səfər onlarda çox böyük təsuratlar, xoş əhval-ruhiyyə bağışlamaqla yanaşı gözəl təcrübə olduğunu bildirdi. Ağstafalı nümayəndə heyətini səbirsizliklə Litvada gözlədiklərini qeyd edib.
Nümayəndə heyətinin səfəri 17-noyabrda başa çatır.
Belediyye.info
|
|
|
|
|
|
|
|