"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Litvali qonaqlar Qazax rayon icra Hakimiyyətində olublar

--2017-06-22 / 15:47

Xəbər verdiyimiz kimi iyunun 21-də Litvanın Trakay şəhərinin meri Edita Rudeliene və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər olub.

Beeldiyye.info Goyezen.az istinadən xəbər verir ki,  bu gün Edita Rudeliene və Rudelis Henrikas Qazax rayon icra Hakimiyyətinin başçısı Rəcəb Babaşov arasında görüş keçirilib. icra başçısı Rəcəb Babaşov qonaqları salamlayaraq onları Qazaxda görməkdən məmnunluq hissi keçirdiyini bildirib.

Bir ay öncə imzalanan sazişin əhəmiyyətindən danışaraq həmin sazişi Azərbaycan ilə Litva arasında dostluq münasibətlərinin nəticəsi kimi dəyərləndirib. iki rayon arasında bağlanan sazişin regionlararası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Daha sonra Rəcəb Babaşov qonaqlara Qazax rayonunun tarixi, mədəni həyatı barədə geniş məlumat verərək rayonun dahi şairlər və yazıçılar məkanı olduğunu söyləyib.

Trakay şəhər meri Edita Rudeliene çıxış edərək bir il əvvəl Litva Bələdiyyələri Assosiasiyasının tərkibində Azərbaycana səfər etdiyini, Azərbaycanın çox gözəl olduğunu və ölkəmizdən böyük təəssüratlarla qayıtdığını bildirib. Qazax və Trakay rayonlarının qədim tarixə malik olduğunu qeyd edən mer bu səfərin iki şəhər arasında əlaqələrin inkişaf etməsinə, bu əməkdaşlığın daha da dərinləşməsinə öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Sonra Rəcəb Babaşov qonaqları icra Aparatının fəaliyyəti və iş şəraiti ilə tanış edib.

Belediyye.info

ŞƏRHLƏR