"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Litvanın Birştonas şəhərinin nümayəndə heyəti Azərbaycana gəlir

--2017-11-13 / 16:46

Azərbaycan şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli  Assosiasiyasının əlaqələndiricisi Tofq Həsənovun Belediyye.infoya verdiyi məlumata görə, Litva Respublikasının Birştonas şəhərinin meri Nijole Dirgincienenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başlayır.

17 noyabra dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Ağstafa RIH-də, Gəncə  və Bakıda bir sıra  görüşlər keçiriləcəkdir.

Görüşlərdə Azərbaycan-Litva parlamentlərarası işçi qrupun rəhbəri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və Litva Respublikasının Azərbaycancandakı Fövqəladə və Səlahiyyətli səfiri  Valdas Lastkauskas iştirak edəcək.

Tanışlıq xarakteri daşıyan səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin mədəniyyət obyektlərinə səfəri  nəzərdə tutulub, o cümlədən   bir sıra istehsal sahələriylə  də tanış  olacaqlar.

Belediyye.info

ŞƏRHLƏR