Livan Dannieh Bələdiyyələr Birliyi Sədri və UCLG- MEWA Həmsədri Mohamed Saadieh başçılıq etdiyi nümayəndə heyəti Türk Dünyası Bələdiyyələr Birliyinə (TDBB) həmrəylik səfəri edib.
Birliyin yaydığı məlmata görə, Mohamed Saadiehin rəhbərlik etdiyi heyətində UCLG-MEWA Baş Katibi Mehmet Duman, Trablusşam Bələdiyyəsi Məclis üzvü Xalid Tedmuri və digər rəsmi şəxslər yer aldı.
iyulun 15 da baş tutmayan xəyanətkar dövlət çevrilişi cəhdinin ardından Türkiyəyə dəstək və həmrəylik məqsədilə bir sıra şəhərlərdə səfərdə olduğunu və bu səfər çərçivəsində TDBB-yə də səfər etdiyini ifadə edən Saadieh, Türkiyədəki meydanların özləri üçün də şərəf meydanları olduğunu, Türkiyənin özləri üçün hər hansı bir ölkə olmadığını və Prezident Rəcəb Tayyib Erdoğanı qorumağın dünya nüsəlmanlarını qorumaq mənasına gəldiyini, bu səbəbdən hər cür dəstəklə Türkiyənin yanında olduqlarını bildirərək, əsasən keçmiş olsun demək üçün deyil Türk Millətini göstərdikləri cəsarət və qəhrəmanlıq lövhələri münasibətilə təbrik etmək üçün gəldiklərini söyləyib.
Türkiyədə baş verən hadisələri telekanallardan canlı izlədiklərini bildirən Saadieh, "Biz cənab ərdoğanın çağırışını bütün islam aləminə edilmiş bir çağırış olaraq gördük və biz də küçələrə çıxıb dəstək şüarları atıq. Bu günlərdə hər cür dəstəyə hazırıq. Sizin dərdiniz bizim də dərdimizdir," dedi.
Trablusşam Bələdiyyəsi Məclis üzvü Xalid Tedmuri də, Türkiyə ilə əlaqələri inkişaf etdirmək istədiklərini bildirərək, "Biz ərəb bələdiyyələri olaraq Türkiyədəki bələdiyyələrin təcrübəsindən yararlanmaq, Türkiyə ilə olan qardaşlığımız daha çox artırmaq və irəli aparmaq istəyirik" deyə danışdı.
Heyətə etmiş olduqları səfər və xoş arzulara görə təşəkkür edən TDBB Baş Katibi Fəxri Solak da, "Biz sizlərin bizlərə olan inamından və dəstəyindən əmindik lakin yaşayaraq görmək daha da təşviq edici oldu. "Dost pis gündə bəlli olar" atalar sözümüzün test edildiyi bir zaman kəsiyi yaşamışıq. Bu günlərdə dostların nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anlamış olduq. Müsəlman millətlərin və məzlum xalqların duaları, dəstəkləri bu pis günləri də keçdik. Gələcək günlərdə öz çəkilərindən, yağlarından xilas olmuş kimi yoluna davam edən bir ölkə olacağıq. Birlik olaraq da işlərimizi yüksək motivasiya davam etdiririk" deyə danışdı.
Belediyye.info