"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsi 300 ailəyə bayram sovqatı göndərib

--2015-09-28 / 17:52

“Qurban bayramı münasibətilə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yaşayan şəhid ailələrinə, az təminatlı ailələrə, sosial əlillərə, bələdiyyə üzvlərinə və qulluqçularına cəmi 289 nəfərə Qurban əti də daxil olmaqla bayram sovqatı paylanılmışdır”- bu barədə məlumatı  Belediyye.info saytına Lökbatan bələdiyyəsinin sədri Namizəd ismayılov verib.

Sədrin sözlərinə görə, eyni zamanda bir neçə imkansız ailəyə qurban ətindən əlavə soğan, kartof, çay və qənd  bələdiyyə tərəfindın verilmişdir. əlavə olaraq imkansız qəsəbə sakinlərinin bayram payları bələdiyyə üzvləri və qulluqçuları tərəfindən ünvanlarına çatdırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR