sorğu
Qaradağ rayon Lökbatan bələdiyyəsi qəsəbənin ahıl və təqaüd yaşında olan sakinləri üçün daha bir istirahət guşəsi istifadəyə verib. Bələdiyyə sədri Namziəd ismayılovun Belediyye.infoya açıqlamasında bildirilir ki, bu günlərdə qəsəbənin S.Səfərov küçəsində Lökbatan bələdiyyəsi tərəfindən məhəllə sakinlərinin də dəstəyi ilə ahılların rahatlığını təmin etmək məqsədi ilə yeni istirahət guşəsi tikilib: “Bu sayca dördüncü istirahət guşəsidir. Yerli büdcə vəsaitləri hesabına ilin sonunadək daha iki belə istirahət guşəsi sakinlərin istifadəsinə veriləcək.”
Sədrin sözlərinə görə ,inşaat işləri ilk növbədə daha çox vergiəri ödəmiş məhəllələrdə həyata keçirilir.
Belediyye.info