Qaradağ rayonu Lökbatan bələdiyyəsi inzibati binasının giriş hissəsində təmir-bərpa işləri aparıb. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda bildirilir ki, bələdiyyə iclasının qərarına əsasən uzun illərdən bəri təmirsiz vəziyyətdə olan inzibati binanın giriş hissəsinə qazon örtüyü salınmış, pilləkənlər ağlayla örtülmüş, ən müasir üslubda bələdiyyənin adı yazılmış hərflər vurulmuş, divarı rənglənmiş və ağaclar budanmışdır. Bələdiyyədən bildirilib ki, bələdiyyə qulluqçularının iş fəaliyətini yaxşılaşdırmaq, sakinlərin qəbulu üçün daha müasir şəraitin yaradılması istiqamətində də işlər davam etdirilir.
Ötən il ərzində Lökbatan bələdiyyəsi ciddi çətinliklərə baxmayaraq sakinlərin hər bir müraciətini diqqətdə saxlamış və həlliylə bağlı ciddi addımlar atmışdır.
Belediyye.info
|
|
|