sorğu
Qaradağ rayonu Lökbatan bələdiyyəsi tərəfindən növbəti layihəyə yekun vurulub. Sakinlərin çoxsaylı müraciətinə bələdiyyə iclasında müsbət qərar verildikdən sonra layihəyə avqust ayının əvvəlində start verilmişdir.
Qərara əsasən Lökbatan qəsəbəsi A. Qurbanov küçəsində yerləşən 15 saylı və ə.F.Məhəmmədov küçəsində yerləşən 1, 5, 9 saylı çoxmərtəbəli yaşayış binalarının 30-a dək blokda təmir işləri, giriş qapıları və fasadlarının təmiri həyata keçirilib.
Bələdiyyədən daxil olan məlumata görə, ilk növbədə bələdiyyə tərəfindən hazırlanmış layihəyə əsasən ciddi təmirə ehtiyacı olan bloklarda təmir işləri başa çatdırılıb.
Belediyye.info
|
|
|
|