sorğu
Qaradağ rayon Lökbatan bələdiyyəsi qəsəbə ərazisində abadlıq işlərini davam etdirir. Bu barədə məlumatı Lökbatan bələdiyyəsi yayıb.
Bələdiyyə qəsəbənin 1A yaşayış massivində yaşayan sakinlərin Lökbatan bələdiyyəsinə şifahi müraciətləri nəzərə alınaraq həmin ünvana Lökbatan bələdiyyəsi tərəfindən 100 m3 , 1-ci massiv mərkəzi yola 350 m3 çınqıl tökülüb. Bələdiyyənin təşəbbüsü ilə əraziyə cəlb edilən texnikanın gücü ilə hamarlama işləri aparılaraq asfaltaltı hazırlıq işləri görülərək məhəllədaxili yol əsaslı təmir edilib.
Eyni zamanda həmin ünvanda su-kanalizasiya problemlərinin aradan qaldırılması üçün D=219 mm 42 u/m borular alınaraq Qaradağ rayon Su-Kanal idarəsinə təhvil verilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|