Qaradağ rayonu Lökbatan qəsəbə bələdiyyəsi sakinlərə altıatylıq fəaliyyətləri barədə hesabat verib.
Hesabat yığıncağında qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri, bələdiyyə qulluqçuları iştirak edib.
Bələdiyyə sədri Namizəd ismayılov məruzəylə çıxış edərək bələdiyyənin həyata keçirdiyi layihələrdən danışıb.
Sədrin sözlərinə görə, qəsəbənin abadlıq-quruculuq işlərində bələdiyyənin də özü yeri vardır.
Bununla yanaşı Qaradağ RiH-in təşəbbüsüylə bir sıra ciddi layihələrə imza atıb, müqəddəs bayramlarda aztəminatlı ailələrə bayram sovqatı göndərilib:
“əldə etdiyimiz gəlirlərin 20 faizinədək hissəini məhz bu istiqamətə xərcləmişik.”
Sədrin sözlərinə görə, vergilərin yığımında olan çətinlikləri aradan qaldırmaq üçün sakinlərin üzərinə məsuliyyət düşür. Gərək hər bir sakin yaşadığı məhəllədə daim təbliöat aparmalı, sakinlərin vergiyə cəlb edilməsində öz töhvələrini verməldirlər.
Müzakirələrdə qəsəbə sakinləri öz təklif və tövsiyələrini veriblər.
Belediyye.info