sorğu
Qaradağ rayonu Lökbatan bələdiyyəsindən Belediyye.info verilən məlumata görə, ötən ilin son günündə bələdiyyə qəsəbənin aztəminatlı ailələrini sevindirib.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə Lökbatan bələdiyyəsi 44 aztəminatlı ailəyə bayram payı verib. Bununla yanaşı həmin gün bələdiyyənin təşkilatçılığı ilə qəsəbədə yaşayan imkansız ailələrdən olan uşaqlar üçün yeni il şənliyi keçirilib.
Verilən məlumatda həmçinin qeyd edilir ki, bayram ərəfəsində bələdiyyənin təşəbbüsü ilə Lökbatan qəsəbəsinin I yaşayış massivində və 20 yanvar küçəsində bir sıra məhəllədaxili yollara çınqıl tökülərək 416 m3 məhəllədaxili yolda asfaltaltı hazırlıq işləri həyata keçirilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|