"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsi on nəfəri işlə təmin edəcək

--2016-02-17 / 17:46

Lökbatan bələdiyyəsi “Abad məhəllə” layihəsinə start verib. Layihə çərçivəsində ərazidə  uşaq meydançası, söhbətkeşlər və xeyr-şər evinin tikintisi nəzərdə tutulub. Bu gün sədr Namizəd ismayılov və bələdiyyənin  digər rəsmiləri əraziyə baxış keçirərək görüləcək işlər ətrafında inşaatçılarla söhbət ediblər.

ərazidə görüləcək işlər barəsində sakinləri  məlumatlandıran sədr N.ismayılov layihənin  yerli büdcə vəsaitləri hesabına görüldüyünü və on nəfərə yaxın qəsəbə sakininin bu layihədə çalışacağını qeyd edib.

Qəsəbənin   ş.Xəlilov küçəsi 4, 11, 13 və 15 saylı binaların qarşısında nəzərdə tutulan xeyir-şər evi ən müasir üslubda istilik sistemi və digər kommunikasiya sistemi ilə təchiz ediləcəkdir. 300 nəfər üçün nəzərdə tutulan xeyr-şər evində  qiymətlərə gəlincə sədr  bunun bələdiyyə iclasında müzakirə ediləcəyini və aztəminatlı ailələrə və müharibə iştirakçılarına təmənnasız xidmət göstəriləcəyini bildirib.

Belediyye.info

ŞƏRHLƏR