sorğu
Qaradağ rayonu Lökbatan bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, cari ilin yanvar ayından etibarən bələdiyyə qulluqçularının vahid geyim forması tətbiq edilib.
Bələdiyyədən verilən məlumatda bildirilir ki, 19 dekabr 2015-ci ildə keçirilən bələdiyyə iclasında vahid geyim forması müzakirə edilərək qərar verilib. Formanın nümunələri təsdiq edildikdən sifariş verilib və ilkin olaraq altı nəfər bələdiyyə qulluqçusu bu geyim formasını geyir. iş vaxtı istifadə edilən formanın olması bələdiyyənin hörmət və nüfuzuna, o cümlədən yerli vergilərin yığımına müyyən mənada təsir etdiyi bildirilir.
Belediyye.info
|
|
|
|
|
|