"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsi yarımillik hesabat verdi

--2016-07-15 / 18:27

Lökbatan bələdiyyəsi yarımillik hesabatla çıxış edib. Bu barədəməlumatı Qaradağ rayon Lökbatan bələdiyyəsi yayıb. Toplantıda  6 aylıq hesabatla çıxış edən sədr N.ismayılov  bələdiyyə üzvlərinə məlumat verərək qeyd edib ki, müvafiq qanunvericiliyə əsasən bələdiyyə  üzvləri altı ayda bir dəfə seçicilərə fəaliyyətləri barədə hesabat verməlidirlər. Sədr bələdiyyə üzvlərindən seçicilər qarşısında hesabat vermələrini məqsədə uyğun hesab etdiyini qeyd etdi. Eyni zamanda  N.ismayılov  çıxış edərək qeyd edib ki, Lökbatan bələdiyyəsi  cari ilin 6 ayı ərzində  qəsəbədə aparılan sosial-iqtisadi problemlərin həllində yaxından iştirak edib.

Çıxışında sədr N.ismayılov  bildirib ki, Lökbatan   bələdiyyəsi tərəfindən  qəsəbənin  1-ci  yaşayış  massivində  məhəllə  daxili  yollara  40 “KamAZ”  daş  qırıntıları,  1A yaşayış massivində  məhəllədaxili  yola  8 maşın çınqıl tökülərək asfaltaltı  hazırlıq işləri  icra  edilib. Eyni zamanda  qəsəbə  ərazisində  məhəllə  daxili  yolların  təmiri  üçün  tədarük  edilmiş  30  maışn çınqıl  1-ci yaşayış  massivində  məhəllə  daxili  yollara  daşınaraq  yayılmış  və  asfaltaltı  hazırlıq  işləri  görülüb.

Sədr daha  qeyd  edib  ki, ş.Xəlilov  küçəsində  bərbad  vəziyyətdə  olan  məhəlləyə 18 maşın torpaq  və 10  maışn  çınqıl  daşınaraq  yayılıb və  məhəllədə  abadlıq  işləri    aparılıb.

Bundan  sonra  S.Orucov  döngəsi 1-də  Mədən  küçəsi  ilə  kəsişmədə  kanalizasiya  xətlərinin  dəyişdirilməsi  üçün  Qaradağ  rayon  Su  kanal  idarəsinə D=219 MM-lik  60 metr  borular  verilib.

 Qəsəbənin  28 may  küçəsində  yerləşən  Ukrayna  şairi  Lesya  Ukrainkanın  adını  daşıyan  istirahət  parkında  ağsaqalların, yaşlı  insanların məhəllə  sakinlərinin  istirahət  etmələri  üçün  söhbətkeş  quraşdırılaraq  onların  istifadələrinə  verilmiş, Lökbatan  bələdiyyəsi tərəfindən  qəsəbənin 3-cü  yaşayış  massivində  yerləşən  şəhid  bulağı  təmir  etmişdir. Bundan  əlavə  qəsəbənin i.Nəbiyev  küçəsində  yerləşən ev 2A-nın 1-ci  girişində  seyf  qapı  qoyulmuşdur. Lökbatan  bələdiyyəsi  gənc  nəslin  və  uşaqların  təhsildə  fərqlənmələrinə də  diqqət  yetirərək  onların  həvəsləndirilməsi  üçün  6 saylı uşaq  somatik  sanatoriyasında  rəsm  müsabiqəsi, Neftçi Qurban  adına  288 saylı  orta  məktəbin  şagirdləri  arasında  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  əliyevin  doğum  gününün  93-cü il  dönümü  münasibətilə  müsabiqə  keçirilmiş  və  müsabiqə  qalibləri  mükafatlandırılmışdır. Lökbatan  bələdiyyəsi  qəsəbədə  keçirilən  mədəni  kütləvi  tədbirlərdə  də  yaxından  iştirak  etmişdir. Beləki, Lökbatan  bələdiyyəsi  “Novruz”  bayramı  münasibətilə  keçirilən  tədbirlərdə  yaxından  iştirak  etmiş, “8 mart” Beynəlxalq  Qadınlar  Bayramı  münasibətilə  Bələdiyyə  üzvü  olan  qadınlara və  qadın  bələdiyyə  qulluqçularına  hədiyyələr  verilmişdir. Lökbatan  bələdiyyəsi  qəsəbənin  şəhid  ş.Xəlilovun  adını  daşıyan  küçədə  yerləşən 4,11,13 və 15 saylı  binaların  həyətində  abad  məhəllə  lahiyəsinin  həyata  keçirilməsinə  başlamış  və  məhəllədə  300 nəfərlik  mərasim  evinin  tikintisinə  başlamış,  mərasim  evinin  tikintisi  üçün  məhəllədə  təmizlik  işləri  aparılaraq  18 maşın  daş  qalaqları  və  zibillər  təmizlənərək  oradan  daşınıb.

Hazırda  mərasim  evi  tikilərək  damı  vurulmuş  daxili  və  xarici  suvaq  işləri  hayata  keçirilmiş, işığ  xətti, istilik  sistemi, daxili  və  xarici  su  xətti, daxili  və  xarici  kanalizasiya  xətti  çəkilmiş, daxilinə  beton  məhlulunun  5 sm qalınlığında  vurulması   işi  görülmüş  ərazinin  sərhədləri  mişar  daşı  ilə  müəyyən  edilmişdir  və  hazırda  mərasim  evinin  tamamlama  və  abad  məhəllə  layıhəsinin  həyata  keçirilməsi  layihəsi   davam  etdirilir.

Daha  sonra  sədr  N.ismayılov  qeyd  edib  ki, vergi  ödəyicilərinin  uçotunun  dəqiqləşdirilməsi üzrə  işlər  həyata  keçirilərək müsbət  nəticələr  əldə  edilərək  ötən  illərlə  müqaisədə  torpaq və əmlak  vergilərinin  toplanmasında  ciddi  irəliləyiş  əldə  edilib, belə ki, 2015-ci ilin  6 ayı  ərzində   otuz  beş  min   beş  yüz  əlli  səkkiz  manat  torpaq  və əmlak  vergisi  toplanıbsa, cari ilin   6 ayı ərzində  altmış  min  altmış  altı  manat  yerli  vergi toplanmışdır. Bu da ötən illə   müqaisədə torpaq vergisi 1,2 dəfə, əmlak  vergisi 1,8 dəfə  çox  olmuşdur. Torpaq və əmlak  vergiləri  tədiyyə  bildirişləri  paylanılaraq  toplanılmaqdadır, torpaq və əmlak   vergilərinin  toplanılması   üçün  əhali  arasında  geniş   maarifləndirmə  işləri  aparılmış, məhəllələrdə Məhəllə Komitələri yaradılmış  və bu  işlər  hazırda  davam etdirilir. Yerli  vergi  və  ödənişlərin  ödənilməsi  banklar, poçt  rabitəsinin  milli  operatoru, habelə  mövcud  nağdsız  ödəmə  vasitələri  ilə  həyata  keçirilir. Eyni  zamanda  yerli  vergilərin  ödəmə  vasitələri  vasitəsi  ilə  ödəmələri  üçün  müvafiq  müqavilə  bağlamışdır. Vergi  və  ödənişlərin  BViS  proqramına  işlənməsi  işi  davam  etdirilir.

 Lökbatan bələdiyyəsində iş şəraitinin  yaxşılaşdırılması  üçün iş  otaqları kompüter və  digər  texniki  avadanlıqlarla təmin  edilərək iş şəraiti yaxşılaşdırılmışdır.

Rəhmətə qetmiş imkansız qəsəbə sakinlərinin, şəhid  aılələrinin, yas mərasimi  təşkil edilmiş  eyni zamanda imkansız qəsəbə sakinlərinə  maddi yardımlar göstərilmişdir.

Lökbatan bələdiyyəsində  idarədaxili nizam-intizam qaydaları  gücləndirilmiş,

texniki  təhlükəsizlik  qaydalarına  əməl  edilməsi barədə  işçilər  təlimatlarla  tanış  edilmişdir.

Cari  ilin  6 ayı  ərzində  Lökbatan  bələdiyyəsi  üzvləri  9 iclas  keçirmiş, həmin  iclaslarda  42 məsələ  müzakirə  edilmişdir. Cari  ilin  6 ayı  ərzində  vətəndaşlardan  Lökbatan  bələdiyyəsinə  65  müraciət  daxil  olmuş, onlardan  47-si  tam, 18-i  isə  qismən  həll  edilmişdir. Eyni  zamanda  idarə  və  müəssisələrdən  Lökbatan  bələdiyyəsinə  98 müraciət  daxil  olmuş, onlardan  tam  əksəriyyəti  müsbət  həll  edilmişdir. Daha  sonra  sədr   bələdiyyə  üzvlərinin  nəzərinə  çatdırdı  ki, cari  ilabatin  6 ayı  ərzində  yerli  vergiləri  ödəməyən  yəni  torpaq  və  əmlak  vergiləri  və  ödənişləri  ödəməyən  şəxslərdən  həmin  vergilərin  məcburi  alınması  üçün  Qaradağ  rayon  icra  şöbəsinə  və  müvafiq  məhkəmələrə  müraciət  edilmiş, onlardan  25 iş  üzrə  yerli  vergilər tam ödənilmiş, 62 işə  isə  baxılmaqdadır.

Hesabat yığıncağı ciddi fikir mübadiləsiylə başa çatıb.

Belediyye.info

 

 

 

 

 

ŞƏRHLƏR