"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsi yeni layihəyə start verib

--2017-11-08 / 18:10

Qaradağ rayon Lökbatan bələdiyyəsi  yeni  layihəyə imza atıb.

Sakinlərin müraciətini nəzərə alan Lökbatan bələdiyyəsi qəsəbənin Bilal Niftəliyev küçəsindəki 17, 27 və 29 saylı 5 mərtəbəli yaşayış binalarının qarsının abadlaşdırılması və məhəllədaxili yolların asfaltlaşdırılması işlərinə başlamışdır.

ərazi  ilk olaraq sahibsiz atılmış tullantılardan və tikitni materiallardından təmizlənmişdir.

Bələdiyyədən daxil olan məlumatda bildirilir ki,  ərazidə səkilərin salınması üçün yerlər müəyyən edilmişdir.

Bununla yanaşı maşın və mexanizmlərin köməyi  ilə əraziyə çınqıl tökülərək qrederlə hamarlanmışdır. Yaxın bir həftə ərzində davam edəcək layihə əraziyə asfalt salınmasıyla başa çatacaqdır.

Belediyye.info

ŞƏRHLƏR