"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsi yeni layihəyə start verib

--2018-08-15 / 08:13

Qaradağ rayonu Lökbatan bələdiyyəsi tərəfindən növbəti layihəyə start verib. Çoxsaylı sakinlərin müraciətinə bu günlərdə bələdiyyə iclasında müsbət qərar verilmişdir.

Qərara əsasən Lökbatan qəsəbəsi A. Qurbanov küçəsində yerləşən 15 saylı və ə.F.Məhəmmədov küçəsində yerləşən 1, 5, 9 saylı çoxmərtəbəli yaşayış binalarının blok, giriş qapıları və fasadlarının təmiri həyata keçirilir.

30-a dək blokda aparılan təmir işləri yaxın günlərdə tam başa çatdırılacaqdır. Bələdiyyədən daxil olan məlumata görə, ilk növbədə bələdiyyə tərəfindən hazırlanmış layihəyə əsasən ciddi təmirə ehtiyacı olan bloklarda təmir işləri başa çatdırılıb.

Belediyye.info

 

ŞƏRHLƏR