Qaradağ rayonu Lökbatan bələdiyyəsi daha bir layihəyə yekun vurub. Lökbatan bələdiyyəsindən daxil olan məlumata görə, bu günlərdə qəsəbənin II yaşayış massivində 700 m2 əraziyə asfalt örtüyü çəkilib, abadlıq işləri aparılıb. Bununla bağlı qərar bələdiyyə iclasında sədr Namizəd ismayılovun təşəbbüsü ilə qəbul olunub.
Bələdiyyədən onu da bildiriblər ki, hazırda sənədsiz mənzillərin siyahiya alınması həyata keçirilir. Artıq 500 yaxın sənədsiz mənzil siyahıya alınıb. Ancaq qəsəbə ərazisində bu rərəm 6 minə çatır.
Bələdiyyə qulluqçularının və vergi müfəttişlərinin yaxından iştirakıyla bir ay ərzində prosesin yekunlaşdırılacağı deyilir.
Bununla yanaşı bələdiyyə qulluqçularının əmək fəaliyyətinin artırılması məqsədiylə bələdiyyənin inzibati binasında ciddi təmir işləri aparılmış və yeni avadanlıqlar quraşdırılmışdır.
Belediyye.info
|
|
|
|