sorğu
Qaradağ rayonu Lökbatan bələdiyyəsi yeni yaşıllıq zolağı salıb.
Lökbatan bələdiyyəsindən daxil olan məlumata görə, bu günlərdə bələdiyyə iclasının qərarıyla bələdiyyə daha bir layihəyə yekun vurub. Belə ki, ş.Xəlilov küçəsində xeyir şər evinin qarşısında yeni yaşıllıq zolağı salınmaqla, binanın qarşısında abadlıq işləri həyata keçirlmişdir. Bununla yanaşı sıradan çıxmış uşaq oyuncaqları yeniləri ilə əvəz edilməklə, ərazidə şahmat meydançası quraşdırıl miş, həmçinin mərasim evində cari təmir işləri aparılmışdır.
Belediyye.info