sorğu
Qaradağ rayon Lökbatan bələdiyyəsində “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində açiq qapı günləri keçirilmiş və bələdiyyə sədri N.ismayilov tərəfindən sakinlər qəbul edilmişdir
Bu barədə məlumatı Lökbatan bələdiyyəsi yayıb.
Qəbulda 18 nəfərə yaxın qəsəbə sakini iştirak etmiş, qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlər müzakirə edilmiş, həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verilmişdir.
Qeyd edək ki, həftə çərçivəsində bələdiyyədə “Qaynar xətt” yaradılmış, sakinlərə bələdiyyə rəsmilərinin qəbul saatları elan edilmişdir.
Lökbatan bələdiyyəsində “Demokratiya həftəsi“uğurla davam edir.
Belediyye.info
|
|
|
|
|
|