"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsinə stasionar ödəmə sistemindən nə qədər vəsait daxil olub?

--2017-03-27 / 17:00

“Qaradağ rayon Lökbatan bələdiyyəsi bir il əvvəl,  08.04.2016-cı il tarixdən, “Milli-ÖN” və “Easypay” stasionar  ödəmə sistəminə qoşulub”- bunu Belediyye.infoya bələdiyyə sədri Namizəd ismayılov bildirib.

Sədrin sözlərinə görə, bu sistemə qoşulmaqda əsas məqsəd  yerli vergi ödəyicilərinin rahatlığını təmin etməklə, yerli büdcə daxil olmalarının həcmini artırmaqdır:

“Bu sistemə qoşulmaq, yerli vergilərin daha çox toplanmasına xeyri olmuşdur. Beləki, Lökbatan bələdiyyəsi bu sistemə qoşulduqdan sonra 22.224 manatdan çox yerli vergilər bu sistem vasitəsiylə toplanmışdır. Hazırda əhali arasında aparılan maarifləndirmə işləri nəticəsində, yerli vergilərin bu sistem vasitəsiylə daha çox toplanması nəzərdə tutulur.”

Belediyye.info

ŞƏRHLƏR