Lökbatan bələdiyyəsi cari ilin 6 ayı ərzində qəsəbədə aparılan sosial-iqtisadi məsələlərin həllində yaxından iştirak edib.
Qəsəbə bələdiyyəsi tərəfindən H. Məmmədov küçəsi 1, 5 saylı binaların yaxınlığında, Nizami küçəsi 5 ünvanında və S.Orucov döngəsində üç ünvanda zibil qutularının yerləşdirliməsi üçün meydança tikilərək istifadəyə verilib. B.Niftəliyev küçəsi, VIII massiv, 31A saylı binanın arxa hissəsi və 6-cı massiv IA küçəsində 3800 m2 asfalt altı hazırlıq işləri görülüb. S.Orucov küçəsi, Müsəvi küçəsi və III massiv I küçədə 5 ədəd kanalizasiya lüku bərpa edilib.
Ötən altı ay ərzində bələdiyyə tərəfindən 2000 m2 asfalt örtüyü vurulub. II massiv və III massivdə dağ yamaclarından sel sularının gətirdiyi daş qırıntıları, qum və torpaq, eyni zamanda S.Orucov küçəsində torpaq və inşaat materiallarının qalıqları yığılıb daşınmışdır.
Lökbatan bələdiyyəsinin fəaliyyət göstərdiyi inzibati binanın dam örtüyü cari təmir edilmişdir, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün bələdiyyənin fəaliyyət göstərdiyi inzibati binanın elektrik xətləri dəyişdirilib. iş otaqları təmir edilib. şəffaflığın təmin edilməsi üçün işlərdə həyata keçirilərək bələdiyyə işçilərinin əmək haqqlarının plastik kartlarla ödənilməsi həyata keçirilərək, vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilməsi üzrə işlər həyata keçirilib.
Müsbət nəticələr əldə edilərək ötən illərlə müqayisədə torpaq və əmlak vergilərinin toplanmasında ciddi irəliləyiş əldə edilib. Belə ki, 2014-cü ilin 6 ayı ərzində beş min doqquz yüz on dörd manat altmış qəpik torpaq əmlak vergisi toplanmışdısa, cari ilin 6 ayı ərzində otuz beş min beş yüz əlli doqquz manat altmış altı qəpik vergi yəöılmışdırtoplanmışdır. Torpaq vergisinin toplanması ötən ilin 6 ayı ilə müqaisədə 2,4 dəfə, əmlak vergisi isə 9,6 dəfə çox olmuşdur. Buda ötən illə müqaisədə ümumilikdə 6 dəfədən çox olmuşdur. Torpaq və əmlak vergiləri tədiyyə bildirişi paylanılaraq bank və poçt vasitəsi ilə toplanılmaqdadır, torpaq və əmlak vergilərinin toplanılması üçün əhali arasında geniş maarifləndirmə işləri aparılmış, məhəllələrdə Məhəllə Komitələri yaradılmış və bu işlər hal-hazırda davam etdirilir. Vergi və ödənişlərin ödəyicilərinin uçotunun dəqiqləşdirilməsi başa çatdırılmaq üzrədir. Hazırda bu işlər davam etdirilməkdədir, Lökbatan bələdiyyəsində iş şəraitinin yaxşılaşdırılması üçün iş otaqları kompütor, kondisioner, iş masaları və digər texniki avadanlıqlarla təmin edilərək iş şəraiti yaxşılaşdırılmışdır. Rəhmətə qetmiş imkansız qəsəbə sakinlərinin, şəhid ailələrinin, yas mərasimi təşkil edilmiş eyni zamanda imkansız qəsəbə sakinlərinə maddi yardımlar göstərilmişdir.
Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən orta məktəblərin VIII sinif şaqirdləri arasında inşa yazı müsabiqəsi keçirilərək qaliblər mükafatlandırılıb. Cari ilin 6 ayı ərzində Lökbatan bələdiyyəsinə əlli dörd müraciət daxil olmuşdur bu müraciətlərin otuz yeddisi həll edilib, on ikisi qismən həll edilib, beşi müraciətlə bağlı maarifləndirmə işlər aparılıb. Lökbatan bələdiyyəsində idarədaxili nizam-intizam qaydaları gücləndirilmiş, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi barədə işçilər təlimatlarla tanış edilıb. Hazırda Lökbatan qəsəbəsi I yaşayış massivində küçələrin işıqlandırılması üçün küçə işıqlarını çəkilməsi ilə bağlı hazırlıq işləri həyata keçirilir.
Eyni zamanda həmin yaşayış massivində asfalt altı hazırlıq işləri icra edilməsi üzrə həyata keçirilmək üzrədir.