sorğu
Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sabiq sədri şəhriyar Babayev dünyasını dəyişib.
Bu barədə məlumat bələdiyyədən daxil olub. Qeyd edək ki, şəhriyar şahkərim Oğlu Babayev 1949-cu ildə Ağsu rayonunun Kalva kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Uzun illər təhsil sahəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
1999-cu ildə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü və 2000-ci ildən isə bələdiyyə sədri vəzifəsinə seçilib.
2006-cı ilədək bələdiyyə sədri vəzifəsində, 2007-2014 illərdə isə sədr müavini vəzifəsində çalışıb.
Lökbatan bələdiyyəsinin formalaşmasında və inkişafında şəhriyar Babayevin danılmaz fəaliyyəti olub.
ALLAH RəHMəT ELəSiN!