"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

--2018-05-19 / 17:24

18 may 2018-ci il tarixində Qaradağ Rayon icra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.

Keçirilmiş səyyar qəbulda 280 yaxın qəsəbədə sakinləri iştirak etmişdir.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışmışlar. Qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənilmişdir. Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab ilham əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmiş, Lökbatan qəsəbəsi ərazisində salınmış yaşıllıqların, inşa edilmiş parkların, quraşdırılmış idman qurğularının qorunması əhaliyə tövsiyə olunmuşdur.

Belediyye.info

ŞƏRHLƏR