"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan və Maştağa bələdiyyələri Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə maliyyə yardımı ediblər

--2023-03-07 / 15:56

Qaradağ rayonu Lökbatan bələdiyyəsi və Sabunçu rayonu Maştağa bələdiyyəsi qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə maliyyə yardımı edib.

Vəsait Türkiyə Daxili işlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb. Bu barədə məlumat adıçəkilən bələdiyyələrdən daxil olub.

Bələdiyyə iclasının qərarıyla bu məbləğin həcmi Lökbatanda 1.000 manat, Maştağa bələdiyyəsində isə 500 manat müəyyən edilib.

Belediyye.info

ŞƏRHLƏR