Binəqədi rayon M.ə.Rəsulzadə qəsəbə bələdiyyəsi 2016-cı ildəki fəaliyyəti və 2017-ci ildə qarşıda duran vəzifələr barəsində hesabatı ictimaiyyətə təqdim edib.
Binəqədi rayon M.ə.Rəsulzadə qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi ilə birgə keçirilən hesabat konfransında giriş sözü Binəqədi rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov açıb.
Tədbir icra başçısının təklifiylə "20 Yanvar" Qanlı faciəsində Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan həmvətənlilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başladı.
Konfransda nümayəndəliyin rəhbəri Mübariz Məmmədovun və bələdiyyə sədri Hümbət Hüseynovun hesabat məruzələri konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Məruzə ətrafında qəsəbə sakinləri və ziyalıları çıxış edərək, rəy və təkliflərinin bildirərək, bələdiyyənin və nümayəndəliyin ötən ilki fəaliyyətini qənaətbəxş hesab ediblər.
Hesabat yığıncağında rayon icra hakimiyyətinin, QHT nümayəndələri, KiV-in təmsilçiləri, məhəllə komitələrinin fəalları iştirak ediblər.
Konfransın sonunda Binəqədi rayon icra Hakimiyyəti başçısı X.isgəndərov hesabat ətrafında çıxış edərək konfrans iştirakçılarının suallarını cavablandırıb, məruzələrə öz təklif və tövsiyələrini verib.
Sonra hər iki sturktur üzrə qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Belediyye.info
|
|
|
|