Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib
M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib. Xalqımız ağsaqqal və ağbirçəklərə, elin və evin böyüklərinə hörməti ilə daim seçilib, bunu nəzərə alaraq M.ə.Rəsulzadə bələdiyyəsi olaraq Kazımova Ziyafət Cavad qızını təbrik etmək üçün qəsəbə sakinin evində görüş keçirilib.
Görüşdə M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri iştirak edib.
Bələdiyyə sədri Hümbət Hüseynov qəsəbə sakinini təbrik edərək, ona xoş arzularını bildirdi. Natiq çıxışında qeyd edib ki, Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Qeyd edək ki, Kazımova Ziyafət Cavad qızı 1942-ci il 8 Mart tarixində anadan olub. O, Kənd Təsərrüfatı nazirliyində (1962-1997-ci illərdə) 35 il baş iqtisadçı vəzifəsində çalışıb, əmək veteranıdır.
***
M.ə.Rəsulzadə bələdiyyəsi qadın bələdiyyə qulluqçularını təbrik edib
Bələdiyyənin yaydığı digər məlumata görə,M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə bələdiyyənin xanım kollektivi təbrik edilib.
Belediyye.infoya daxil olan məlumatam görə, tədbirdə çıxış edən Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışan Hümbət Hüseynov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident ilham əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında normal fəaliyyətlərinin təmin edilməsi, onların cəmiyyətdə rolunun artırılması və gender bərabərliyinin təmin edilməsi sahəsində mühüm işlər görülüb. Azərbaycanda qadın və ailə problemlərinin həlli, ana və uşaq sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əldə olunmuş uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər əliyev Fondunun prezidenti Mehriban əliyevanın misilsiz xidmətləri var.
Xanımlar hər zaman onlara göstərilən diqqətə və qayğıya görə təşəkkür ediblər.
Belediyye.info