"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsi bayram sovqatı paylayıb

--2017-06-24 / 13:09

24 iyun 2017-ci il tarixində Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsi tərəfindən Müqəddəs Ramazan bayamı münasibətilə qəsəbə sakinlərinə bayram sovqatı paylanıb.

Bələdiyyə iclasının qərarıyla M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının iştirakı ilə qəsəbə ərazisində yaşayan aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlər, ahıl və kimsəsizlər, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və əlilləri və sağlamlıq imkanları məhdud olan sakinlər evlərində ziyarət edilərək, bayram sovqatı təqdim olunub.

Bələdiyyə ənənəvi olaraq hər il və bütün bayramlarda yuxarıda qeyd edilən qrup insanlara bayram sovqatları paylanılır.

Belediyye.info 

ŞƏRHLƏR