"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsi birinci rübə yekun vurub

--2017-04-15 / 21:15

Belediyye.infoya daxil olan məlumata görə, Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin Mühasibat və Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin birgə 2017-ci ilin I rübü üzrə gəlir və xərcləri haqqında hesabat  müzakirə edilib.  Məlumatda bildirilir ki, bələdiyyənin  Mühasibat və Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin birgə 2017-ci ilin I rübü üzrə gəlir və xərcləri haqqında hesabatı M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, sədr müavinləri və daimi komissiya sədrlərinin iştirakı ilə dinlənilib.

M.ə.Rəsulzadə bələdiyyəsi Mühasibat şöbəsinin baş mühasibi Həsən Hüseynov 2017-ci ilin I rübü üzrə gəlir və xərclər haqqında hesabat verərək bildirdi ki, rüb ərzində ümumi proqnozlaşdırılmış 150000 manat büdcə gəlirlərinə qarşı faktiki gəlir 123.612 manat olmaqla büdcə 82,4 % olub. Bələdiyyə büdcəsinin gəlirləri əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi, torpaq icarə haqqı və məişət tullantılarının daşınması üçün xidmət haqqı yığımından formalaşır.

Xatırladaq ki, Binəqədi rayon icra Hakimiyyətinin tövsiyyəsinə əsasən, qəsəbə ərazisindən dislokasiya üzrə bütün növ məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirilməsi işlərinin bələdiyyə tərəfindən icra edilməsi haqqında M.ə.Rəsulzadə bələdiyyəsinin iclası 2017- ci il üçün də müsbət qərar qəbul edib və bu işlər həyata keçirilməklə sahənin xidmət haqqı yığımı da bələdiyyə tərəfindən icra edilib.

Fiziki şəxslərdən yerli vergi və ödənişlərin ödənişi xidmətedici banklar və Azərpoçt şöbələri vasitəsilə nağdsız ödəmə qaydasında həyata keçirilir. Fiziki şəxslərdən xidmətedici banklara və Azərpoçtun şöbələrinə daxil olmuş vəsaitlər mədaxil sənədləri əsasında tam uçota alınıb.

Ümumilikdə I rübdə proqnozlaşdırılmış 150000 manat büdcə xərclərinə qarşı faktiki xərclər 113578 manat olmaqla büdcə 75,7 % -lə yekunlaşıb. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər hüquqi-normativ aktlara müvafiq olaraq bələdiyyə büdcəsindən pul vəsaitləri bələdiyyə iclasının qərarları ilə təyinatı, məqsədi və miqdarı göstərməklə ayrılır. Bələdiyyə iclasının qərarı ilə ayrılmış vəsaitlər müqabilində faktiki xərclər haqqında təqdim edilmiş hesabatlar, işlərin yerinə yetirilməsinə dair aktlar, qaimə-fakturalar, hesab-fakturalar, ödəmə qəbzləri və maliyyə - təsərrüfat əməliyatlarının baş verməsi faktını əks etdirən sənədlər uçot registrlərində əsas götürülərək tam uçota alınıb.

Hesabat dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

2017-ci ilin I rübü üzrə olan çatışmazlıqların aradan qaldırılması və büdcə vəsaiti proqnozlarının yerinə yetirilməsi qarşıya məqsəd qoyulub.

Belediyye.info

ŞƏRHLƏR