07 sentyabr 2016-cı il tarixində Binəqədi rayon M.ə.Rəsulzadə Bələdiyyəsi ictimai-humanitar sektorunun təşkilatçılığı ilə “Gənc istedadlarımızı tanıyaq” adlı layihəyə start verilib. M.ə.Rəsuzladə bələdiyyəsinin yaydığı məlumata görə, layihə çərçivəsində ilk olaraq qəsəbə sakini, gənc rəssam Həşimova Güllər Hidayət qızının mənzilində görüş keçirilib.
Görüşdə Binəqədi rayon M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi RiH başçısı Aparatının əməkdaşı Jalə Tofiqqızı, bələdiyyə üzvləri gənc rəssamın əl işləri ilə yaxından tanış olublar.
M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətindən danışaraq, hər zaman istedadlı gənclərin dövlətin diqqət və qayğısından kənarda qalmadığını, onlar üçün hər cür şəraitin yaradıldığını bildirib.
Gənc rəssam öz əl işlərindən birini M.ə.Rəsulzadə Bələdiyyəsinə hədiyyə edib. Qeyd edək ki, Həşimova Güllər Hidayət qızı 115 saylı orta məktəbdə təhsil alıb, azırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Müasir rəssamlıq” sahəsi üzrə təhsilini davam etdirir.
2014-cu il 23 dekabr Heydər əliyev Mərkəzində Lermontovun 200 illiyi ilə bağlı təşkil edilmiş sərgidə seçilən əsəri ilə iştirak edib və mükafatlandırılıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|