"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsi gənclərlə görüşdü- YAP-ın TəşKiLATçILIÄžI iLə

--2015-09-05 / 17:27

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Rəsulzadə qəsəbə gəncləri ilə görüş keçirildi. Bu barədə məlumatı M.ə.Rəsulzadə bələdiyyəsindən  veriblər. Məlumatda bildirilir ki, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva,  YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Rəsulzadə qəsəbə gəncləri, 2015-ci il tədris ilində qəsəbə üzrə yüksək bal toplayanlar,  ilk dəfə səs verənlər və valideynlər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə  gənclərin hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar  həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutduğunu bildirdi. Binəqədi rayonunda gənclərlə bağlı həyata keçirilən layihələrdən danışan Mahmud Məmmədzadə rayon rəhbərliyi və YAP Binqədi Rayon Təşkilatı tərəfindən gənclərə yaradılan şəraitdən danışdı.

YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək 2015-ci il tədris ilində tələbə adını qazanmış, həmçinin 18 yaşını tamamlayaraq səsvermə hüququna malik olmuş gəncləri təbrik etdi. Ramiz Göyüşov Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin önəmli rolunu vurğuladı. “Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər əliyevdir. Ulu öndər Heydər əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bu strategiyanın uğurla davam etdirən isə, əlbəttə, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident ilham əliyevdir. Dövlət başçısının gənclərə diqqət və qayğısı böyükdür. YAP sıralarının gəncləşməsi də Prezident ilham əliyevin gənclərə olan güvəni və etibarı, gənclərin isə ölkə başçısına olan etimadı doğrultması ilə birbaşa əlaqəlidir. Binəqədi Rayon icra Hakimiyyətinin başçısı cənab Xaləddin isgəndərov tərəfindən rayonda gənclərin inkişafı üçün yaradılmış hər cür şərait də dövlət siyasətinin tərkib hissədir” – deyə YAP Binəqədi Rayon Təşkilatının sədri bildirdi. Ramiz Göyüşov qeyd etdi ki, qarşıdan parlament seçkiləri gəlir və bu seçkilərdə hər bir ölkə vətəndaşı kimi gənclər də fəal iştirak etməlidir. Xüsusilə 18 yaşını tamamlayaraq seçici adını qazanan, səsvermə hüququna malik olan gənclər üçün bu yeni bir mərhələ olduğu kimi, onların bu prosesdə aktiv iştirakı da ölkə üçün önəmlidir.

Daha sonra           Rəsulzadə Bələdiyyəsində Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri, fəal gənc Rüfət isayev, Rəsulzadə Bələdiyyəsinin ictimaiyyətlə əlaqələr və informasiya texnologiyaları üzrə mütəxəssisi, gənc fəal Sara  Qurbanlı, bu il tələbə adını qazanmış Elmira Həşimova, Rafiq Cabbarov və digər gənclər təkliflərlə çıxış ediblər.

Sonda Rəsulzadə Bələdiyyəsi adından 2015-ci il tədris ilində qəsəbə üzrə yüksək bal toplayanlara və ilk dəfə səsvermə hüqüqu qazanan gənclərə hədiyyələr təqdim olundu.

 Belediyye.info

ŞƏRHLƏR