"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsi iməcilik keçirib

--2017-05-10 / 15:45

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəsəbənin Biləcəri yolunda dəmiryolu körpüsünün yaxınlığında Ümummilli lideri Heydər əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə iməcilik keçirilib.  Bu barədə məlumatı M.ə.Rəsulzadə bələdiyyəsi yayıb.

iməcilikdə M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri, bələdiyyədə təcrübə  keçən tələbələr, bələdiyyə qulluqçuları  və könüllülər iştirak edib.

əraziyə müxtəlif dekorativ gül kollarının əkilməsi və qazon örtüyünün salınması işləri həyata keçirilib.

Belediyye.info

ŞƏRHLƏR