sorğu
Binəqədi rayonu M.ə.Rəsulzadə maraqlı bir layihəyə imza atıb. Bələdiyyədən daxil olan məlumatda deyilir ki, bələdiyyənin inzibati ərazisində şəhid və Milli Qəhrəmanların adlarının əbədiləşdirildiyi küçələrin adları olan lövhələr yeniləriylə əvəzlənib, o cümlədən büst, barelyefləri təmizlənib.
Bələdiyyənin layihənin icrasıyla bağlı yaydığı müraciətin sonunda deyilir:
”Hər daşında qəhrəman ruhu yaşayan bu küçələri gəzdikcə Vətənimizin, dövlətimizin müstəqilliyi üçün canından keçən insanların əziz xatirəsi önündə bir daha baş əydik!!! Allah şəhidlərimizə rəhmət eləsin! Onlar bizim qürurumuz, fəxrimizdir!”
Belediyye.info
|
|
|
|
|
|
|