M.ə.Rəsulzadə bələdyyəsinin təşəbbüsü ilə təmizlik işləri müntəzəm olaraq davam etdirilir. Bələdiyyənin müvafiq qurumunun əməkdaşları tərəfindən Binəqədi şossesi ərazisi müxtəlif tullantılardan, yol kənarları alaq otlarından təmizlənib. Bununla yanaşı bələdiyyə tərəfindən Azadlıq prospektində, Baksol yolunda, S.Hüseynov və Davudoğlu küçələrində yandırılmış dəmir konteynerlər yuyulub, rənglənib, sıradan çıxmış təkərləri dəyişdirilərək istifadə üçün tam yararlı hala salınıb.
Bələdiyyənin yaydığı məlumata görə, bələdiyyə tərəfindən qəsəbə ərazisində təmizlik işləri çərivəsində M.ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində Fabrika Mətbəx küçəsində və Biləcəri yolunda ağacların dibləri bellənib, təmirə ehtiyacı olan suvarma sistemi yenilənib və ərazidəki ağac və kollar, sarmaşıqlar suvarılıb. 6-cı mikrorayonda, imaməli məscidinin arxa hissəsində yerləşən R.Məmmədov küçəsində, əvvəllər Yaşıllaşdırma idarəsinin balansında olmuş istirahət bağında təmizlik işləri aparılıb. Bələdiyyə tərəfindən ərazi gecə vaxtlarında ayrı-ayrı şəxslər tərəfindən əsasən tikinti tullantıları və ağac budaqları ilə çirkləndirilmiş müxtəlif tullantılardan təmizlənib.
Bələdiyyənin yaydığı məlumatın sonunda sakinlərə də müraciət edilir:
“əziz sakinlər, hər bir ərazidə zibil meydançaları tikilib, oraya konteynerlər yerləşdirilib sizlərin istifadəsinə verilib. Uşaqlarımızın gələcəyi, ekoloji sağlam mühitdə böyüməsi naminə ətraf mühitimizi çirkləndirməyək. Çevrəmizin təmiz olmasını özümüz təmin edək və övladlarımıza bunu öyrədək!”
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|